Bank Of Baku

Beynəlxalq Sığorta Şirkətinin bu ilki daxilolmaları 8 mln. manatı keçib

Beynəlxalq Sığorta Şirkətinin bu ilki daxilolmaları 8 mln. manatı keçib
# 24 noyabr 2010 09:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) 2010-cu ilin yanvar-oktyabr aylarında topladığı sığorta haqlarının həcmi 8,280 mln. manata çatıb. BSŞ-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 4,378 mln. manat olub.

Daxilolmaların strukturunda ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (3,178 mln. manat), «Tibbi sığorta» (2,394 mln. manat), «Yanğından icbari sığorta» (574,718 min manat) və «Su nəqliyyatı vasitələrinin kasko sığortası» (299,574 min manat) növləri üzrə toplanılıb ki, bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 38,8%, 28,91%, 6,94% və 3,62% təşkil edib.

Bu müddət ərzində şirkət könüllü sığorta növləri üzrə 7,356 mln. manat, icbari sığorta növləri üzrə isə 924,139 min manat məbləğində sığorta haqqı toplayıb. Ödənişlərin strukturuna gəldikdə isə, könüllü sığorta növləri üzrə 4,344 mln. manat, icbari sığorta növləri üzrə cəmi 33,653 min manat məbləğində ödəniş həyata keçirilib.

Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (2,335 mln. manat və ya 53,3%) və «Avtonəqliyyat vasitələrinin sığortası» (1,894 mln. manat və ya 43,3%) növləri üzrə ödənilib.

Xatırladaq ki, BSŞ 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib. Şirkət müştərilərə 37 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR