Bank Of Baku

Bakıda Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bakıda Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
# 24 noyabr 2010 11:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Dekabr ayının sonlarında Bakıda Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının II iclasının keçirilməsi planlaşdırılır. Bu barədə APA-ya Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat verilib.

İclasda iştirak etmək məqsədilə İordaniyanın sənaye və ticarət nazirinin rəhbərliyi altında geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək. İclasda ölkələr arasında ticarət, investisiya, kənd təsərrüfatı və s. istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, dekabr ayında həmçinin Azərbaycanın İordaniyadakı səfirliyinin, bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələrinin və İordaniya-Azərbaycan dostluq qrupunun üzvlərinin iştirakı ilə Əmman şəhərində sabiq prezident Heydər Əliyevin anım mərasiminin və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirin keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR