Bank Of Baku

«Visa» plastik kartları üzrə yeni güzəşt kampaniyası keçirilir

«Visa» plastik kartları üzrə yeni güzəşt kampaniyası keçirilir
# 24 noyabr 2010 12:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. «Visa» beynəlxalq ödəniş sistemi «Visa Luxury Hotel Collection» adlı yeni proqramın icrasına başlayıb. Həmin proqram çərçivəsində Azərbaycanda «Visa Platinum» və «Visa Infinite» plastik kartlarının sahibləri dünyanın ən bahalı otellərini seçib, oranı sifariş edə bilərlər. Şirkətdən «APA-ECONOMICS»ə verilən məlumata görə, beləliklə həmin kartların sahibləri dünya üzrə elitar daşınmaz əmlakın axtarışı və sifarişinə daxil olmaq üçün imkan əldə edirlər.

Axtarış və sifarişdən başqa «Visa Luxury Hotel Collection» proqramı qeyd olunan kartların sahibləri üçün bir neçə üstünlüklər nəzərdə tutur ki, bunların sırasında cəlbedici tariflər və VİP-statusun əldə olunması imkanını qeyd etmək olar.

«Visa» şirkətinin departament başçısı Ceyms Limin sözlərinə görə, «Visa Luxury Hotel Collection» proqramı müştərilərə səyahət zamanı ən yüksək keyfiyyətli xidmətlər təklif edir.
Qeyd edək ki, həmin proqrama dünyanın seçilmiş hotelləri, məsələn, «Burj al Arab» (Dubay), «Amanpuri» (Tailand), «The Pierre» (ABŞ, Nyu-York) və s. daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR