Bank Of Baku

«Bakı Sığorta» şirkətinin daxilolmaları son bir ildə 27% azalıb

«Bakı Sığorta» şirkətinin daxilolmaları son bir ildə 27% azalıb
# 24 noyabr 2010 12:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bakı Sığorta» şirkətinin 2010-cu ilin yanvar-oktyabr aylarında topladığı sığorta haqlarının həcmi 2,152 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrünün yekunları ilə müqayisədə 27% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 690,042 min manata çatıb.

Şirkətdən bildirilib ki, sığorta haqlarında ən çox yığım «Avtomobillərin sığortası» (979,850 min manat), «Tibbi sığorta» (429,830 min manat), «Yanğından icbari sığorta» (265,661 min manat) və «Bank və bank fəaliyyət ilə bağlı sığorta» (157,800 min manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqında payı müvafiq olaraq 45,53%, 19,97%, 12,34% və 7,33% olub.

Qeyd edək ki, təsisçisi «Bank Respublika» ASC (51%) və digər yerli hüquqi və fiziki şəxslər olan «Bakı Sığorta» şirkəti 2007-ci ilin avqustundan fəaliyyət göstərir. Şirkət 26 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR