Bank Of Baku

«FINCA Azerbaijan» son bir ildə kredit portfelini 15% artırıb

«FINCA Azerbaijan» son bir ildə kredit portfelini 15% artırıb
# 24 noyabr 2010 13:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 2010-cu ilin noyabr ayının 1-nə 73,050 mln. ABŞ dolları təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 15,2% çoxdur.

Təşkilatın xüsusi layihələr üzrə rəhbəri Zaur Nurməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, kreditlərin 43,498 mln. dolları qruplar üzrə, 29,552 mln. dolları isə fərdi qaydada verilib.

Z.Nurməmmədov bildirib ki, hesabat dövründə təşkilatın müştərilərinin sayı 9,5% artaraq 93 053 nəfərə, o cümlədən qrup müştərilərinin sayı 11% artaraq 70 465-ə, fərdi müştərilər isə 5,9% artaraq 22 588 nəfərə çatıb.

Bu il noyabr ayının əvvəlindən indiyədək «FINCA Azerbaijan» tərəfindən müştərilərə 12,647 mln. dollarlıq kredit verilib ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 10% çoxdur. O cümlədən, ötən ilin noyabrı ilə müqayisədə qrup kreditlərinin həcmi 11% artaraq 7,654 mln. dollar, fərdi kreditlər isə 12,8% artaraq 4,994 mln. dollar təşkil edib.

Xatırladaq ki, «FINCA Azerbaijan» qeyri-bank təşkilatı kreditləri həmrəy kredit qruplarına aylıq 2,5-3%, kənd kredit qruplarına 3,5%, fərdi kreditləri isə 2-3%-lə təklif edir. Təsisçisi ABŞ-ın «FINCA İnternational» təşkilatı olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR