Bank Of Baku

«Meqa Sığorta» nizamnamə kapitalını artırır

«Meqa Sığorta» nizamnamə kapitalını artırır
# 24 noyabr 2010 13:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Meqa Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 5 min manat, sayı 300 ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Meqa Sığorta» yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacaq. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 75% artaraq 3,5 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi iki yerli fiziki şəxs olan «Meqa Sığorta» şirkəti bu ilin oktyabr ayınadək «BE&G» sığorta adı ilə fəaliyyət göstərib. Şirkət 1998-ci ildən «Naxçıvan» brendi ilə yaradılıb və 2001-ci ildə şirkətin adı «BE&G»yə dəyişdirilib. Hazırda şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkətin hazırkı nizamnamə kapitalı 2 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR