Bank Of Baku

«AGBank» nizamnamə kapitalını artırır

«AGBank» nizamnamə kapitalını artırır
# 24 noyabr 2010 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AGBank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 2,5 mln. ədəd, emissiyanın ümumi həcmi isə 5 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «AGBank» yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacaq. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 33,3% artaraq 20 mln. manata çatacaq.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin oktyabrın 1-nə bankın aktivlərinin həcmi 250,371 mln. manat, depozit portfeli 127,582 mln. manat, kredit portfeli 193,684 mln. manat, məcmu kapitalı 33,553 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR