Bank Of Baku

Rusiyanın yeni büdcəsi təsdiqlənib

Rusiyanın yeni büdcəsi təsdiqlənib
# 24 noyabr 2010 16:17 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Rusiya Dövlət Duması 2011-12 və 2013-cü il üzrə dövlət büdcəsini təsdiqləyib.

«APA-Economics»in «RİA Novosti»yə istinadən xəbərinə görə, gələn il Rusiyanın dövlət büdcəsinin gəlirləri 8,8 trln. rubl və ya 293,3 mlrd. dollar, 2012-də 9,5 trln. rubl və ya 3,17 mlrd. dollar, 2013-də isə 10,4 trln. rubl və ya 347 mlrd. dollar təşkil edəcək.

Qarşıdakı illərdə də büdcə gəlirlərinin yarısını neftdən gəlirləri təşkil edəcək. Büdcədə neftin qiyməti 2011-ci ildə 75 dollar, 2012-də 78 dollar, 2013-də 79 dollar götürülüb. Gələn il büdcə kəsirinin 1,814 trln. rubl və ya 60,5 mlrd. dollar təşkil edəcəyi gözlənilir. Bu, ölkə üzrə ÜDM-nin 3,6%-i deməkdir. Sonrakı illərdə də büdcə kəsiri təqribən bu həddə qalacaq - 2012-də 1,734 trln. rubl və ya 57,8 mlrd. dollar (ÜDM-in 3,1%-i), 2013-də isə 1,795 trln. rubl və ya 59,8 mlrd. dollar (ÜDM-in 2,9%-i) təşkil edəcək. 2011-ci ildə Rusiyada ÜDM 4,2 % artıb 50,29 trln. rubl və ya 1 trln. 676 mlrd. dollar təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR