Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1874, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1874, AMFBI indeksi 1,0001 təşkil edib
# 25 noyabr 2010 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0175 bənd və ya 1,8% artaraq noyabr ayının 25-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,1874 bənd və ya 18,7% artaraq 1,1874 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0254 bənd və ya 2,5% azalaraq 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması noyabrın 24-də notların 3 mln. manatlıq emissiyasının yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının artması səbəbindən baş verib.

AGBI indeksinin artması və AMFBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR