Bank Of Baku

CEİBC-də AYİB-in Bakıdakı nümayəndəliyinin rəhbəri ilə görüş keçiriləcək

CEİBC-də AYİB-in Bakıdakı nümayəndəliyinin rəhbəri ilə görüş keçiriləcək
# 25 noyabr 2010 08:52 (UTC +04:00)
Bakı - APA-Economics. Bu il dekabrın 1-də Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda (CEİBC) Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı nümayəndəliyinin rəhbəri cənab Fransis Delayla görüş keçiriləcək.

Bu barədə “APA-Economics”ə CEİBC-nin prezidenti və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı AYİB ilə CEİBC şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə edəcək. Tədbirdə «Caspian Energy» Beynəlxalq Media Qrupunun və CEİBC-nin iştirakçı payının satışı haqqında məlumat təqdim olunacaq. Həmçinin Avropa ölkələrinin birində «Caspian Energy TV» layihəsinin həyata keçirilməsi prosesi və 2011-ci ilin noyabr ayında Brüsseldə «Caspian European Energy Forum» və «Caspian European Business Forum» forumlarının təşkili haqqında məlumatlar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR