Bank Of Baku

Azərbaycan İpoteka Fondunun istiqrazlarının yeni emissiyası qeydiyyata alınıb

Azərbaycan İpoteka Fondunun istiqrazlarının yeni emissiyası qeydiyyata alınıb
# 25 noyabr 2010 09:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydiyyata alıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, buraxılışın həcmi 60 mln. manat, bir istiqrazın nominal dəyəri 1 min manat təşkil edir.

İstiqrazların tədavül müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirilmə tarixindən etibarən 7 ilə bərabərdir. İstiqrazlar üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Qeyd edək ki, bu, İpoteka Fondunun artıq üçüncü istiqraz buraxılışıdır. İlk buraxılış 55 mln. həcmində 2009-cu ilin iyunda yerləşdirilməyə başlanılıb və tam yerləşdirilib. 65 mln. manat həcmində ikinci buraxılışın yerləşdirilməsinə 2010-cu ilin fevralında başlanılıb və bu buraxılış da tam yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR