Bank Of Baku

«Atəşgah» sığorta şirkəti reklam çarxı üçün elan etdiyi müsabiqənin qalibini müəyyənləşdirib

«Atəşgah» sığorta şirkəti reklam çarxı üçün elan etdiyi müsabiqənin qalibini müəyyənləşdirib
# 25 noyabr 2010 10:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah» sığorta şirkəti ən yaxşı həvəskar video reklam çarxı üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müsabiqə nəticəsində Elmdar Bayramov tərəfindən hazırlanmı və «Facebook» sosial şəbəkəsində yerləşdirilən videoçarx noyabrın 15-20-də on-line səsvermənin yekunlarına görə qalib elan olunub.
Şirkətdən bildirilib ki, müsabiqənin qalibinə Dubaya 5 günlük səyahət imkanı qazandıran mükafat təqdim olunacaq.
Qeyd edək ki, müsabiqənin şərtlərində video çarxı çəkmək, daha sonra isə onu www.youtube saytında yerləşdirib linkini «Atəşgah» şirkətinin elektron ünvanına ([email protected]) göndərmək tələb olunub.
Xatırladaq ki, «Atəşgah» sığorta şirkəti 1996-cı ilin dekabrında yaradılıb. «APA-Economics»in Maliyyə Nazirliyinin təqdim etdiyi rəqəmlər əsasında hazırladığı renkinqdə (yanvar-sentyabr, 2010-cu il) şirkət sığorta haqları (10,09 mln. manatla) üzrə beşinci, ödənişlər üzrə isə (3,88 mln. manat) üçüncü yerdə qərarlaşıb. Hazırda şirkətin Bakıda 5 ofisi, regionda isə 6 nümayəndəliyi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR