Bank Of Baku

«Kövsər Bank» gələn ildən «Visa» kartlarının emissiyasına başlayacaq

«Kövsər Bank» gələn ildən «Visa» kartlarının emissiyasına başlayacaq
# 25 noyabr 2010 11:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kövsər Bank» ASC 2010-cu ilin sonuna qədər «Visa İnternational» beynəlxalq ödəniş sisteminin assosiativ üzvü olamaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın Plastik kartlar Departamentinin direktoru Şəhriyar Paşalı bildirib.

Ş.Paşalının sözlərinə görə, beynəlxalq sistemə üzvlüklə bağlı bütün sənədlər artıq qarşı tərəfə təqdim olunub və ilin sonuna kimi üzvlüklə bağlı «Visa» tərəfindən banka rəsmi məktubun göndəriləcəyi gözlənilir. «Sistemə üzv olduqdan sonra, növbəti ilin I rübü ərzində 1000-ə yaxın «Visa» plastik kartının emissiyası nəzərdə tutulur. Emissiya ediləcək hər bir kartın maya dəyəri 1 avro civarındadır. Kartların 70%-i debet xarakterli, 30%-i isə kredit karatları olacaq. Debet kartları üçün illik xidmət haqqı təxminən 20 manat, kredit kartları üçün aylıq 10 manat nəzərdə tutulub», - deyə Ş.Paşalı bildirib.

Qeyd edək ki, «Azericard» Prosessinq Mərkəzi tərəfindən emissiya ediləcək kartlar tədricən bankın lokal kartlarını əvəzləyəcək.

Xatırladaq ki, hazırda bankın 500 dən çox lokal kartı mövcuddur. Bunlardan yalnız 25-i «Kövsər Bank»ın işçilərinin əmək haqqı kartlarıdır.

«Kövsər Bank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Bank 2003-cü ildən İslam Bankları Assosiasiyasının (İBA), o cümlədən İslam Bankları və Maliyyə İnstitutları Audit və Mühasibat Təşkilatının üzvüdür. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR