Bank Of Baku

Azərbaycan sığorta bazarının tarixində ən iri ödəniş aparılıb

Azərbaycan sığorta bazarının tarixində ən iri ödəniş aparılıb
# 25 noyabr 2010 11:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzRe Təkrarsığorta» şirkəti bu il ərzində ən iri sığorta ödənişini edib. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Vüsal Abbasov bildirib.

V.Abbasovun sözlərinə görə, «Su nəqliyyatı vasitələrinin kasko sığortası» növü üzrə baş vermiş sığorta hadisəsinə görə şirkət 2 mln. ABŞ dollarından artıq ödəniş etməklə yerli sığorta bazarı tarixində ən iri təkrarsığorta ödənişini həyata keçirib. «Belə iri məbləğdə ödənişin ödənilməsi «AzRe Təkrarsığorta» şirkətinin maliyyə stabilliyini və düzgün təkrarsığorta siyasətinin olmasını bir daha təsdiqləyir», - deyə V.Abbasov bildirib.

Qeyd edək ki, bu yaxınlarda «AzRe Təkrarsığorta» şirkətinin fəaliyyətinin üç ili tamam olub. Bu müddət ərzində şirkət təkrarsığorta proqramları, eyni zamanda fəaliyyət ərazisini daha da genişləndirib. Belə ki, şirkət bütün yerli sığorta şirkətləri ilə obliqator və fakultativ təkrarsığorta müqavilələri bağlamaqla yanaşı, xarici bazarlarda, o cümlədən, Rusiya, MDB, Yaxın Şərq və digər regionlarda aktiv şəkildə fəaliyyət göstərməyə başlayıb.

Bu müddət ərzində şirkət maliyyə stabilliyini artırmaq məqsədilə nizamnamə kapitalını 5 dəfədən çox artırmaqla 10,85 mln. manata, məcmu kapitalını isə 11 dəfə artırmaqla 22 mln. manata çatdırıb.

Xatırladırıq ki, sığorta bazarının yeganə milli təkrarsığorta şirkəti olan «AzRe Təkrarsığorta» ASC 2007-ci ilin noyabrında fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR