Bank Of Baku

Azərbaycanda kreditin qaytarılmamasına görə əmlakın müsadirəsi qaydaları müzakirə olunub

Azərbaycanda kreditin qaytarılmamasına görə əmlakın müsadirəsi qaydaları müzakirə olunub
# 25 noyabr 2010 14:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bakıda kreditin qaytarılmamasına görə pulun əmlakdan tutulması prosesi müzakirə edilib. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkil etdiyi seminarın mövzusu ipoteka haqqında qanuna dəyişikliklər etməklə əmlaka tutma yönəlməsi (realizasiyası) prosesi olub. Seminarda maraqlı tərəflərlə qanunvericilikdə tələb olunan dəyişikliklər və bu sahədəki qabaqcıl beynəlxalq təcrübələr müzakirə olunub.

IFC-dən «APA-Economics»ə verilən məlumata görə, bu təşkilat Azərbaycan hökumətinə ipoteka haqqında qanuna dəyişikliklər etməklə əmlaka tutma yöndəlməsi (realizasiyası) prosesini mühüm dərəcədə təkmilləşdirməyə kömək edir. Bu iş Azərbaycan Mərkəzi Bankı ilə birgə həyata keçirilir. «İpoteka predmetinə tutma yönəldilməsinə dair düzgün və effektiv qanunvericilik ipoteka bazarının inkişafı üçün çox vacibdir. Bu cür qanunvericilik bankların və borcalanların maraqları arasında tarazlığı təmin edə bildikdə effektiv olur. Tutma yönəldilməsi sisteminin təkmilləşdirilməsi mütləq ipoteka kreditlərinin şərtlərinin yaxşılaşmasında, bu cür kreditlərin həcminin artmasında və insanların yaşayış səviyyələrinin artmasında əksini tapacaq», - deyə IFC-nin məlumatında deyilir.

Seminarda IFC-nin məsləhətçisi və tutma yönəldilməsi qanunvericiliyi üzrə eksperti Stefan Batler öz təqdimatında Azərbaycan qanunvericiliyində təkmilləşdirilməli olan məqamlara və qabaqcıl təcrübə baxımından bu məqamların həlli məsələlərinə toxunub.

IFC-nin Layihə rəhbəri Viktor Mintsin sözlərinə görə, bu sahədə ən mükəmməl qanunvericiliyə malik olan ölkələr həm borcalanın defoltu zamanı bankın ipoteka predmetinin realizasiyası vasitəsilə öz itkilərini tez bir zamanda qaytarmasını, həm də borcalanların öz evlərindən yalnız son zərurət halında çıxarılmasını təmin edir. Seminarda beynəlxalq təcrübələrə əsasən, Azərbaycanın bu sahədəki qanunvericiliyinin daha da effektiv olması üçün hansı dəyişikliklərin lazım gəldiyi və bunun üçün görülməli olan tədbirlərə dair praktiki tövsiyələr verilib.

Xatırladaq ki, Azərbaycanın İlkin İpoteka Bazarının İnkişafı Layihəsinə 2005-ci ildə ilkin ipoteka bazarının inkişafını təşviq edilməsi məqsədilə start verilib. Layihənin əsas komponentləri ipoteka kreditləşməsinə dair qanunvericiliyin və tənzimləyici mühitin təkmilləşdirilməsi, ipoteka kreditləşməsi üçün institusional imkanların yaradılması və ipoteka haqqında məlumatlılıq səviyyəsinin artırılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR