Bank Of Baku

Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının iclası keçirilib

Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının iclası keçirilib
# 25 noyabr 2010 15:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bakıda Azərbaycan-Türkmənistan hökumətlərarası birgə komissiyasının ikinci iclası keçirilib.

APA-Economics”in “Azərtac”a istinadən xəbərinə görə, komissiyanın həmsədri, Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov iki ölkə arasındakı əlaqələrin son illərdə daha uğurlu inkişafından danışarkan bildirib ki, dövlət başçılarının səyləri əməkdaşlıq əlaqələrini gücləndirib.

“İndiyədək həyata keçirilən bütün tədbirlər, layihələr ölkələrimiz arasındakı münasibətləri daha da yaxınlaşdırır, inkişaf etdirir. Son bir ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsinin təxminən 7 dəfə artıb”, - deyə Y.Eyyubov bildirib. Vurğulanıb ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi onun Asiya və Avropa arasında tranzit ölkə kimi rolunu artırır.

Türkmənistan baş nazirinin müavini Xıdır Saparlıyev ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını iclas iştirakçılarına çatdırıb. X.Saparlıyev qeyd edib ki, son illər neft, qaz, mədəniyyət, elm və s. sahələrdə dəfələrlə ortaq tədbirlər keçirilib və bu ənənə davam etdiriləcək: “Humanitar sahədə, xüsusilə də elmi tədqiqatlar, dənizçilik işi sahələrində əməkdaşlığı genişləndirmək vacibdir. Türkmənistan dənizçilik işi sahəsində Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır. Bu, Türkmənistanda aparılan gənclər siyasətinin bir hissəsi ola bilər”. X.Saparlıyev vurğulayıb ki, ölkələrin özəl sektorlarının da əməkdaşlığa cəlb olunmasının məqsədəuyğundur.

Sonda iclasın yekunlarına dair protokol imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR