Bank Of Baku

Azərbaycan prezidenti Dövlət Sosial Müdafiə Fondunun gələn ilki büdcəsini təsdiq edib

Azərbaycan prezidenti Dövlət Sosial Müdafiə Fondunun gələn ilki büdcəsini təsdiq edib
# 26 noyabr 2010 07:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2011-ci il büdcəsi haqqında» qanunun tətbiq edilməsi barədə fərman imzalayıb.

«APA-Economics»in məlumatına görə, sənədə əsasən, Nazirlər Kabinetinə DSMF-nin 2011-ci il büdcəsinə uyğun olaraq iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramında işsizlik müavinətinin ödənilməsi üçün vəsaitin məbləğlərini Naxçıvan Muxtar Respublikası üzrə xərclər ayrıca göstərilməklə nəzərdə tutması tapşırılıb. Həmçinin, gəlir və xərc smetaları Nazirlər Kabineti tərəfindən təsdiq olunan iri dövlət müəssisələrinin 2011-ci il üçün smetalarında əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsi təmin olunmalıdır.

DSMF isə öz növbəsində 2011-ci il büdcəsinin gəlirləri və xərclərinin yerinə yetirilməsi üçün zəruri tədbir görməli və bu barədə ildə iki dəfə prezidentə və Nazirlər Kabinetinə məlumat verməlidir.

Maliyyə Nazirliyinə tapşırılıb ki, 2011-ci ildə DSMF-yə nəzərdə tutulmuş ayırmaların (transfertin) rüblük və aylıq bölgüsünü Fondla razılaşdırmaqla təsdiq etsin.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərləri məcburi dövlət sosial sığorta haqları üzrə əvvəlki illərdə yaranmış borcları 2011-ci il üçün xüsusi vəsaitlərin smetalarının tərtibində və təsdiqində nəzərə alınması tapşırılıb.

Qeyd edək ki, DSMF-nin 2011-ci il büdcəsinin haqqında qanun gəlir və xərcləri gəlir və xərcləri 1 970,540 mln. manat təşkil edir. Xərclərin 97,3%-i və ya 1 917,7 mln. manatı əhaliyə ödənişlər üçün nəzərdə tutulub. Bunun 1 853 mln. manatı (96,6%) isə pensiya xərcləri, 64,6 mln. manatı (3,4%) müavinətlərin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR