Bank Of Baku

Avrozona ölkələri və Avropa Mərkəzi Bankı maliyyə yardımı istəməsi üçün Portuqaliyaya təzyiq edirlər

Avrozona ölkələri və Avropa Mərkəzi Bankı maliyyə yardımı istəməsi üçün Portuqaliyaya təzyiq edirlər
# 26 noyabr 2010 08:36 (UTC +04:00)
Bakı - APA-Economics. Avrozona ölkələri və Avropa Mərkəzi Bankı Beynəlxalq Valyuta Fondundan (BVF) və Avropa İttifaqından maliyyə yardımı istəməsi üçün Portuqaliyaya təzyiq edirlər.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, Almaniya Maliyyə Nazirliyinin nəşri olan “Financial Times Deutschland” jurnalında bildirilir.

Jurnalın yazdığına görə, Avropa maliyyəçiləri Lissabona kömək etməklə daha böyük iqtisadiyyata malik ölkənin maliyyə yardımı xahişi ilə müraciət etməsinin qarşısını almaq istəyirlər: “Əgər Portuqaliya fondun vəsaitlərindən istifadə etsə, bu, qonşu İspaniyanın da iqtisadiyyatına müsbət təsir edəcək. Çünki iki ölkənin iqtisadiyyatları bir-biri ilə sıx bağlıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR