Bank Of Baku

Çin ABŞ-a qızıl ehtiyatının bir hissəsini satmağı təklif edib

Çin ABŞ-a qızıl ehtiyatının bir hissəsini satmağı təklif edib
# 26 noyabr 2010 09:05 (UTC +04:00)
Bakı - APA-Economics. Çin Xalq Bankının eksperti Sya Bin ABŞ-a xərclərini aşağı salmağı və qızıl ehtiyatının bir hissəsini satmağı təklif edib.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, Birləşmiş Ştatlar bu addımla ikili kəsir - həm dövlət büdcəsinin, həm də ticarət balansının kəsiri problemlərini qismən həll edə bilər.

Sya Bin qeyd edib ki, hazırda ABŞ-ın 8 min ton qızıl ehtiyatı var: “Əgər onlara iqtisadiyyatı bərpa etmək üçün vəsait lazımdırsa, qızıl ehtiyatının bir hissəsini niyə də satmasınlar?”

Qeyd edək ki, hazırda ABŞ dünyanın ən böyük qızıl ehtiyatına malik ölkəsidir - 8143 ton. Çində bu göstərici 1054 tondur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR