Bank Of Baku

«Başak-İnam» sığorta şirkəti nizamnamə kapitalını artırır

«Başak-İnam» sığorta şirkəti nizamnamə kapitalını artırır
# 26 noyabr 2010 10:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Başak-İnam» sığorta şirkətinin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 7,5 min ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Başak-İnam» ASC-nin artıq yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 75% artaraq 3,5 mln. manata çatacaq.

Qeyd ki, təsisçisi Türkiyənin «Başak Sığorta» (49%) şirkəti və Azərbaycanın dövlət və kommersiya bankları (51%) olan «Başak-İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR