Bank Of Baku

Azərbaycan qiymətli kağızlar bazarına çıxarılacaq yeni alətlərin adları açıqlanıb

Azərbaycan qiymətli kağızlar bazarına çıxarılacaq yeni alətlərin adları açıqlanıb
# 26 noyabr 2010 10:43 (UTC +04:00)
Onun sözlərinə görə, yeni alətin biri bütün borc kağızları üzrə repo və əks-repo əməliyyatlarıının aparılması alətidir ki, bununla bağlı qaydalar artıq Komitə tərəfindən hazırlanıb və Ədliyyə Nazirliyinə göndərilib. Eyni zamanda Bakı Fond Birjası yeni alətlə bağlı üzərinə düşən işləri artıq başa çatdırmaq üzrədir.

«Digər yeni alət isə təminatlı ipoteka istiqrazlarıdır ki, bununla bağlı qanun layihəsi artıq ölkə parlamentinə təqdim olunub və ümid edirəm ki, Milli Məclisin növbəti sessiyasında sözügedən sənəd qəbul olunacaq», - deyə R.Aslanlı bildirib.

Komitə sədri onu da əlavə edib ki, yeni təminatlı ipoteka istiqrazları hazırkından daha təkmildir və yeni alətdə öhdəliklər üzrə tələblər daha da konkretləşdirilib.

Qeyd edək ki, hazırda Azərbaycanın qiymətli kağızlar bazarında Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları, İpoteka Fondunun istiqrazları, korporativ istiqrazlar, veksellər, səhmlər və bu kimi digər alətlər mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR