Bank Of Baku

Bu il Azərbaycan fond bazarında özəl borc kağızlarına maraq artıb

Bu il Azərbaycan fond bazarında özəl borc kağızlarına maraq artıb
# 26 noyabr 2010 11:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın kapital bazarında yerli investorlar həm dövlət, həm də özəl borc kağızlarına maraq göstərib. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, yanvar-oktyabr ayları ərzində yerli investorlar tərəfindən ölkənin fond bazarında həyata keçirilən əməliyyatların həcmi 2009-cü ilin analoji dövrü ilə müqayisədə 52% artaraq 33 mln. manat təşkil edib.

«Yerli investorlar həm dövlət, həm də özəl borc kağızlarına maraq göstərib. Cari ilin ikinci yarısında yerli investorlar not və istiqrazlara maraq göstərir. Belə ki, bu qiymətli kağızlar üzrə gəlirlik müddətdən asılı olaraq 1,75%-ə, 1,46%-ə, 1,42%-ə və s. qalxıb».

Komitə sədri həmçinin bildirib ki, bu il ərzində ölkənin kapital bazarında 6 emitent istiqrazların emitenti rolunda iştirak edib və bunların da 4-ü bazarın yeni iştirakçılarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR