Bank Of Baku

Bakıda korporativ idarəetmənin qiymətləndirilməsi üzrə təlimatın təqdimatı keçirilib

Bakıda korporativ idarəetmənin qiymətləndirilməsi üzrə təlimatın təqdimatı keçirilib
# 26 noyabr 2010 11:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) banklar üçün Korporativ İdarəetmənin Qiymətləndirilməsi üzrə təlimatının təqdimatını keçirib.

«APA-Economics»in məlumatına görə, təlimatda banklar tərəfindən öz müştəri şirkətlərində korporativ idarəetmənin vəziyyətini dəyərləndirmək üçün müvafiq qiymətləndirmə prosesi təsvir olunub. Təlimat prosesi korporativ idarəetmənin 5 əsas komponenti qiymətləndirilməsini nəzərdə tutur ki, bura sadiqlik, şura təcrübələri, nəzarət mühiti, şəffaflıq və acıqlama, habelə səhmdarların hüquqlarının qorunması daxildir.

«Bu sənəd xalvermə və ya reytinq aləti deyil. Təlimatın əsas məqsədi bankın müştərisinin sırf korporativ idarəetmə səviyyəsini qiymətləndirmək deyil, daha çox bankı zəif korporativ idarəetmə təcrübəsinə malik şirkətlə işləyərkən yarana biləcək risklərlə bağlı məlumatlandırmaqdan ibarətdir. Eyni zamanda bank bilməlidir ki, müştəri şirkət korporativ idarəetmə üzrə qabaqcıl təcrübəyə riayət etsə belə, bu, bazar, əməliyyat və ya maliyyə risklərini, yaxud menecmentin səhv qərarlar qəbul etməsi ilə bağlı riskləri aradan qaldırmayacaq», - deyə tədbirdə qeyd olunub.

Qeyd edək ki, sözügedən sənəd İsveçrə hökuməti, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə vəsaiti hesabına hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR