Bank Of Baku

İlk Azərbaycan şirkəti xaricdə IPO keçirməyə hazırlaşır

İlk Azərbaycan şirkəti xaricdə IPO keçirməyə hazırlaşır
# 26 noyabr 2010 11:49 (UTC +04:00)
«APA-Economics» xəbər verdiyi kimi, bu fikiri Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı səsləndirib.

R.Aslanlı vəziyyəti əlverişli qiymətlədirməyə əsas verən amillər sırasında dünya bazarlarında gəlirliyin aşağı səviyyədə, likvidliyin isə yuxarı səviyyədə olmasını qeyd edib. Bundan başqa Komitə sədri bildirib ki, hazırda dünya bazarlarında dayanıqlı, etibarlı emitent və ölkələrin qiymətli kağızlarınra tələbat yüksəkdir ki, bu baxımından da Azərbaycana və ölkədəki şirkətlərə maraq böyükdür.

R.Aslanlının sözlərinə görə, artıq Azərbaycanın bir iri şirkəti xarici bazarlarda IPO-nun (qiymətli kağızların ilkin yerləşdirilməsi) keçirilməsinə hazırlaşır ki, bu barədə QKDK artıq məlumatlandırılıb. Bu prosesin nə vaxt həyata keçirilməsinin dəqiq məlum olmadığını bildirən R.Aslanlı bu şirkətin energetika sahəsində fəaliyyət göstərdiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR