Bank Of Baku

Azərbaycan İpoteka Fondu gələn il istiqraz emissiyasını builki səviyyədə saxlamaq niyyətindədir

Azərbaycan İpoteka Fondu gələn il istiqraz emissiyasını builki səviyyədə saxlamaq niyyətindədir
# 26 noyabr 2010 11:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycan İpoteka Fondunun (AİF) ikinci istiqraz emissiyasının tam yerləşdiriləcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Qiymətli Kağzılar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildrib.

R.Aslanlının sözlərinə görə, 75 mln. manatlıq istiqrazların artıq 65 mln. manatı yerləşdirilib və belə templərlə ilin sonunadək istiqrazların qalan hissəsinin də yerləşdiriləcəyi gözlənilir: «Gələn il AİF tərəfindən builki həcmdə ipoteka istiqrazlarının buraxılması nəzərdə tutulub».

Qeyd edək ki, AİF hələlik QKDK-da gələn il üçün 60 mln. manatlıq ipoteka istiqrazlarının emissiyasını dövlət qeydiyyatından keçirib.

Qeyd edə ki, AİF ikinci istiqraz emissiyasının yerləşdirilməsinə 2010-cu ilin fevralın 1-də başlayıb.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının ikinci hissəsinin emissiya prospekti 2009-cu ilin dekabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə 3,25% təşkil edir.

Ümumiyyətlə, ötən ilin may ayında qeydə alınmış və iyun ayından etibarən yerləşdirilməsinə başlamış istiqrazların ilk emissiyası (55 mln. manat) tam yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR