Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı: «Daxili resurslarımızı genişləndirmək niyyətindəyik»

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı: «Daxili resurslarımızı genişləndirmək niyyətindəyik»
# 26 noyabr 2010 12:06 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildrib.

Komitə sədri dünya maliyyə böhranının artıq geridə qaldığını vurğulayaraq və ümumiyyətlə dünya iqtisadiyyatında hazırda baş verən proseslərdən danışaraq bildrib ki, son 30 il ərzində dünya iqtisadiyyatının illik artım tempi 3,3% təşkil edib, 2009-cu ildə isə azalma 3,2% olub: «Buna baxmayaraq, hazırda dünya iqtisadiyyatının sabitləşməsi prosesi müşahidə olunur, bir çox ölkədə ÜDM-in artım dinamikası qeydə alınır. Beynəlaxlq Valyuta Fondunun proqnozlarına əsasən, 2010-cu ildə dünya iqtisadiyyatının artım tempi 4,8% təşkil edəcək ki, inkişaf etmiş ölkələrdə bu göstərici 2,7% olacaq. İnkişafda olan ölkələrdə bu il iqtisadi artımın 7,1%, gələn il isə 6,4% olacağı proqnozlaşdırılır».

Maliyyə böhranının bir çox ölkələrə təsir etdiyini diqqətə çatdıran R.Aslanlı onu da qeyd edib ki, təkcə 2009-cu ildə dünya iqtisadiyyatının həcmi 53 trln. ABŞ dolları təşkil edib və 14,5 trln. dollar həcmində itkilərə məruz qalıb: «Buna baxmayaraq, artıq 2009-cu ildə bir çox maliyyə bazarlarında müəyyən canlanma müşəhidə olunub, inkişaf etmiş ölkələr itkilərin 50-60%-ni, inkişafda olan ölkələr isə tam bərpa edib».

Azərbaycana gəldikdə isə, Komitə sədri qeyd edib ki, son 10 ay ərzində ölkədə ÜDM-in artım tempi 4,1% təşkil edib: «Hesabat dövründə ölkənin qeyri-neft sektorundakı artım tempi neft sektorunu 2 dəfədən çox üstələyərək 5,4% təşkil edib. Eyni zamanda, cari ilin 10 ayında ölkə iqtisadiyyatına investisiya qoyuluşu 14,8% artaraq 7 mlrd. manata çatıb».

Ölkənin fond bazarının əsas inkişaf strategiyasından danışan R.Aslanlı həmçinin bildirib ki, hesabat dövründə korporativ sektorun artımı istiqrazlar hesabına 7,4% təşkil edib, səhm bazarında isə hazırda sabitləşmə prosesi müşahidə olunur.

Komitə sədri vurğulayıb ki, əgər bu il ərzində Bakı Fond Birjasının 1 dərəcəli listinqinə 2 şirkət cəlb olunubsa, gələn il ərzində 2-ci dərəcəli listinqə bir sıra yerli şirkətin cəlb olunacağı gözlənilir.

QKDK-nın gələn il üçün fəaliyyət planlarından danışan R.Aslanlı bildirib ki, bazarda ticarət platformasının inkişaf etdirilməsi və bazarın tam avtomatlaşdırılması istiqamətində işlər 2011-ci ildə davam etdiriləcək: «Ümumiyyətlə, biz daxili resurslarımızı genişləndirmək niyyətindəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR