Bank Of Baku

Azərbaycanda təkrar səhm bazarındakı azalma texniki səbəblərlə bağlıdır

Azərbaycanda təkrar səhm bazarındakı azalma texniki səbəblərlə bağlıdır
# 26 noyabr 2010 12:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın mütəşəkkil təkrar səhm bazarında 2010-cu ilin yanvar-oktyabr aylarında dövriyyə 5,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 dəfə azdır. Bu azalmanı «APA-Economics»ə şərh edən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib ki, əsas səbəb ötən ilin əvvəlində təkrar bazarda iki iri əqdin bağlanması və nəticədə, dövriyyənin kəskin artması ilə bağlıdır. Belə ki, bu əqdlər zamanı iki səhmdar cəmiyyətində səhmdarların dəyişikliyi baş verib və bu proses mütəşəkkil bazar vasitəsi ilə həyata keçirilib.

R.Aslanlının sözlərinə görə, bu əqləri nəzərə almadan təkrar səhm bazarında illik müqayisədə dövriyyə eyni səviyyədə qalıb.

Qeyd edək ki, 2008-ci ilin yanvar-oktyabr aylarında səhmlərin təkrar bazarında dövriyyənin həcmi cəmi 2,6 mln. manat təşkil edib.

Təkrar səhm bazarının ümumi inkişafı barədə danışan R.Aslanlı vurğulayıb ki, əvvəllər dövriyyənin 90-95%-i birjadankənar bazarın payına düşürdüsə, hazırda təkrar səhm bazarının təxminən 85%-i birjanın payına düşür. Bununla belə hazırda gündəmdə təkrar bazarın keyfiyyət baxımdan inkişaf etdirilməsi məsələsi durur ki, bu istiqamətdə QKDK birja ilə birlikdə müəyyən addımlar atmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR