Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksinin azalması davam edir

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksinin azalması davam edir
# 26 noyabr 2010 14:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektləri üzrə mal ehtiyatları indeksi 2010-cu ilin oktyabr ayında 97,6% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, sentyabr ayı üzrə bu göstərici 99,1%, avqustda 103,2%, iyulda isə 107,3%-ə bərabər olub.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. Bu indeksin azalması mal ehtiyatlarının aylıq dinamikasının müqayisəsini göstərir ki, indeksin dinamikası ilə yanaşı onun 100%-dən aşağı və ya yuxarı olması da vacib göstəricidir.

Belə ki, indeksin 100%-dən aşağı olması hesabat ayı ərzində əvvəlki ayla müqayisədə pərakəndə ticarətdə fəallığın artmasını göstərir. Göründüyü kimi, pərakəndə ticarətdə mal ehtiyatları indeksi artıq bir neçə ay ərzində azalır ki, bu da makroiqtisadi baxımdan müsbət göstəricidir, çünki son istelakın ardıcıl üksəlməsini əks etdirir.

Qeyd edək, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi yanvarın 1-nə 125,6 mln. manat, fevralın 1-nə 110,9 mln. manat, martın 1-nə 113,4 mln. manat, aprelin 1-nə 119,1 mln. manat, mayın 1-nə 120,1 mln. manat, iyunun 1-nə 121 mln. manat, iyulun 1-nə 119,5 mln. manat, avqustun 1-nə 128,2 mln. manat, sentyabrın 1-nə 132,3 mln. manat, oktyabrın 1-nə 131,1 mln. manat, noyabrın 1-nə isə 128 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR