Bank Of Baku

«Atəşgah Sığorta» şirkətinə yeni sədr təyin olunub

«Atəşgah Sığorta» şirkətinə yeni sədr təyin olunub
# 26 noyabr 2010 14:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkətinin İdarə Heyətinə yeni sədr təyin olunub. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şirkətin səhmdarlarının növbədənkənar keçirilən iclasında şirkətin İdarə Heyətinin sədri vəzifəsinə əvvəllər «Atəşgah Sığorta» şirkətinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmış Tələt Səfərov təyin edilib.

Qeyd edək ki, T.Səfərov 1980-ci ildə Bakıda anadan olub və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakultəsini bitirib. T.Səfərov peşəkar iş təcrübəsinə 1998-ci ildə Moskvada bank sahəsində başlayıb. Sonralar (2007-ci ildən) Azərbaycana qayıdan T.Səfərov «Qavqaz Sığorta» şirkəti İdarə Heyətinin sədr müavini vəzifəsində, 2008-ci ildən isə «Atəşgah Sığorta» şirkəti İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, İdarə Heyətinin sədri Azər Əliyev isə bundan sonra Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının sədri vəzifəsini icra edəcək.

«Atəşgah» sığorta şirkəti 1996-cı ilin dekabrında yaradılıb. «APA-Economics»in Maliyyə Nazirliyinin təqdim etdiyi rəqəmlər əsasında hazırladığı renkinqdə (yanvar-sentyabr, 2010-cu il) şirkət sığorta haqları (10,09 mln. manatla) üzrə beşinci, ödənişlər üzrə isə (3,88 mln. manat) üçüncü yerdə qərarlaşıb. Hazırda şirkətin Bakıda 5 ofisi, regionda isə 6 nümayəndəliyi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR