Bank Of Baku

Gələn həftə Azərbaycanda dövlət ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi keçiriləcək

Gələn həftə Azərbaycanda dövlət ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi keçiriləcək
# 26 noyabr 2010 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 29-da Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının ikinci emissiyasının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hərraca 5 mln. manat məbləğində istiqraz çıxarılacaq. Yerləşdirmə kütləvi təklif üçulu ilə BFB vasitəsilə keçiriləcək və istiqrazlar 103,0798% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2019-cu ilin dekabrın 11-də icra olunacaq.

Qeyd edə ki, AİF-in istiqrazların ikinci emissiyasının yerləşdirilməsinə cari ilin fevralın 1-də başlanılıb və bu günə kimi 65 mln. manat həcmində istiqraz yerləşdirilib.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının ikinci hissəsinin emissiya prospekti 2009-cu ilin dekabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə 3,25% təşkil edir.

Ümumiyyətlə, ötən ilin may ayında qeydə alınmış və iyun ayından etibarən yerləşdirilməsinə başlanmış istiqrazların ilk emissiyası (55 mln. manat) tam yerləşdirilib.

Xatırladaq ki, AİF həmçinin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 2011-ci il üçün nəzərdə tutulmuş 60 mln. manatlıq təmin edilmiş ipoteka istiqrazlarını dövlət qeydiyatından keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR