Bank Of Baku

Vladimir Putin Rusiyanın Avrozonaya qoşulacağını istisna etmir

Vladimir Putin Rusiyanın Avrozonaya qoşulacağını istisna etmir
# 27 noyabr 2010 08:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Almaniya «Deutsche Bank»ının başçısı Yozef Akermann Rusiyanın Avrozonaya daxil olan ölkələrin sırasına qoşulacağını istisna etmir. “APA-Economics”in məlumatına görə, Y.Akermann bunun Almaniya biznesmenlərinin Rusiyanın baş naziri Vladimir Putinlə görüşü zamanı bildirib.
V.Putin isə öz növbəsində bəyan edib ki, beynəlxalq maliyyə sisteminin ABŞ dollarından asılılığını azaltmaq lazımdır və bu baxımdan o, avronun dünya iqtisadiyyatı üçün vacibliyini vurğulayıb və bildirib ki, Rusiya da nə vaxtısa Avrozonanın tərkib hissəsi ola bilər.
Qeyd edək ki, V.Putin son zamanlar Rusiyanın Avropa İttifaqı ilə iqtisadi yaxınlaşmasının lehinə fəal çıxış edir. O cümlədən, o, Avropaya iqtisadi alyansının yaradılması ideyası ilə də çıxış edib.
Xatırladaq ki, hazırda Avrozonaya 16 ölkə daxildir. Gələn ilin yanvarın 1-dən bu ölkələrin sırasına Estoniya da qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR