Bank Of Baku

İspaniya və Portuqaliya maliyyə yardımına ehtiyacları olmadığını bəyan edib

İspaniya və Portuqaliya maliyyə yardımına ehtiyacları olmadığını bəyan edib
# 27 noyabr 2010 10:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Portuqaliyanın avrozona ölkələrindən maliyyə yardımı alacaq növbəti ölkə olacağını təkzib edib. «APA-Economics»in məlumatına görə, eyni bəyanatla Portuqaliyanın baş naziri Joze Sokrateş də çıxış edib.
Qeyd edək ki, Portuqaliya parlamenti 2011-ci il dövlət büdcəsini təsdiq edib və büdcədə sosial sahəyə xərclərin azaldılması və əlavə dəyər vergisinin artırılmasına dair xüsusi proqram əksini tapıb. Nəticədə, büdcə kəsirinin 2010-cu ilin yekunları üzrə gözlənilən ÜDM-in 7,3%-dən 4,6%-dək azaldılması proqnozlaşdırılır.
Eyni zamanda İspaniyanın baş naziri Xose Luis Rodriges Sapatero bildirib ki, İspaniya maliyyə yardımı üçün müraciət etməyəcək. Onun sözlərinə görə, ölkədə büdcə kəsirinin azaldılmasına dair proqram artıq işə salınıb.
Xatırladaq ki, Portuqaliya və İspaniya barədə şayiələr İrlandiya tərəfindən avrozona ölkələrinə maliyyə yardımı üçün edilmiş müraciətdən sonra yayılmağa başlayıb. Belə ki, İrlandiya Yunanıstandan sonra bu addımı atan ikinci Avropa ölkəsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR