Bank Of Baku

Ağ Ev Almaniya bankını cərimələyə bilər

Ağ Ev Almaniya bankını cərimələyə bilər
# 29 noyabr 2010 08:53 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ hökuməti Almaniyanın “Commerzbank” bankı barədə təhqiqatlara başlayıb.

APA-Economics”in “RBK daily” xəbərinə görə, buna səbəb ABŞ-ın “qara siyahı”sında olan ölkələrə bankın köçürmə əməliyyatları həyata keçirməsidir.

Əgər araşdırmalar köçürmə faktlarını təsdiq edərsə, Almaniyanın ikinci ən böyük bankını çoxmilyonlu cərimə gözləyir. Bundan əvvəl Ağ Ev “Barclays” (298 mln. dollar), “Lloyds” (350 mln. dollar), “Credit Suisse” (536 mln. dollar) və “ABN Amro” (500 mln. dollar) kimi bankları cəzalandırıb.

ABŞ-ın düşməni olan ölkələrlə “Commerzbank”ın sövdələşmələri ötən illərə təsadüf edir. Ağ Evin sanksiya tətbiq etdiyi bu ölkələr İran, Kuba, Sudan və Myanmadır. “Commerzbank” 2007-ci ildən onlarla işgüzar tərəfdaşlığı dayandırıb. Amerikalı müstəntiqlərin fikrincə, köçürmələr 2002-2007-ci illərdə həyata keçirilib. Almaniya qanunvericiliyi baxımından bu köçürmələrdə qanunsuz heç nə olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR