Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 85% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 85% artıb
# 29 noyabr 2010 09:10 (UTC +04:00)
Bu, 2009-cu ilin eyni dövrünə nisbətən 85,22% çoxdur.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan 143 ölkə ilə 22 502,479 mln. dollar həcmində ticarət əməliyyatı aparıb. Ötən ilin ilk 10 ayına nisbətən bu il ticarət əməliyyatlarının həcmi 36,2% artıb. Bu müddət ərzində ölkədən 17 365,736 mln. dollar dəyərində 2022 adda mal ixrac, 5 136,743 mln. dollar dəyərində 5818 adda mal idxal edilib.

Ötən ilin 10 ayına nisbətən ixrac əməliyyatlarının həcmi 50,20%, idxal əməliyyatları isə 3,57% artıb.

İxracın əsas hissəsi – 92,76%-i xam neft və neft məhsullarının payına düşüb. Hesabat dövründə ixracın 86,54%-ni xam neft (illik artım - 61,55%), 6,22%-ni neft məhsulları (azalma - 14,76%), 0,87%-ni bitki və heyvan mənşəli mallar (artım - 49,41%), 0,53% qara metallar və ondan hazırlanan məmulatlar (azalma - 6,55%), 0,52%-ni meyvə-tərəvəz (azalma - 32,56%), 0,21%-ni kimya sənayesi məhsulları (artım - 52,18%) təşkil edib.

İdxalın 26,94%-i maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri (illik azalma - 20,79%), 14,76%-i ərzaq məhsulları (artım - 33,71%), 12,64%-i nəqliyyat vasitələri və onların hissələri (artım - 0,12%), 12,27%-i qara metallar və ondan hazırlanan məmulatlar (artım - 38,10%), 2,44%-i oduncaq və ondan hazırlanan məmulatlar (artım - 88,2%), 2,29%-i əczaçılıq məhsulları (artım - 2,72%) payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR