Bank Of Baku

Dekabrın 3-də sığortaçılar üçün növbəti attestasiya imtahanı keçiriləcək

Dekabrın 3-də sığortaçılar üçün növbəti attestasiya imtahanı keçiriləcək
# 29 noyabr 2010 09:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il dekabr ayının 3-də «Sığorta fəaliyyəti haqqında» qanunun 83.2.2-ci maddəsinin tələbinə, həmçinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun olaraq növbəti test imtahanı keçiriləcək.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, həmçinin, əvvəlki imtahanlarda iştirak etmiş, lakin keçməmiş və ya sənədləri nazirliyə tam olaraq təqdim olunmuş şəxslər də imtahanda iştirak üçün dekabrın 2-də saat 11:00-dək Dövlət Sığorta Nəzarəti Xidməti ilə əlaqə saxlayaraq imtahanda iştirak edəcəklərini təsdiq edə bilər.

Qeyd edək ki, sənədlərini Nazirliyə tam şəkildə təqdim etməmiş şəxslər (agentlər üçün - VÖEN-in notarial qaydada təsdiq olunmuş surəti istisna olmaqla) imtahana buraxılmayacaq. Əlaqə telefonu: (+994 12) 404-46-99.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR