Bank Of Baku

Azərbaycan uzaq xarici ölkələrlə ticarət dövriyyəsini 41% artırıb

Azərbaycan uzaq xarici ölkələrlə ticarət dövriyyəsini 41% artırıb
# 29 noyabr 2010 10:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın uzaq xarici ölkələrlə (MDB-dən başqa) xarici ticarət əməliyyatları üzrə müsbət saldo 12 218,863 mln. ABŞ dolları təşkil edib. Bu, ötən ilin analoji dövrünə nisbətən 78,98% çoxdur.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan uzaq xarici ölkələrlə 19 294,748 mln. dollar həcmində ticarət əməliyyatı aparıb. Ötən ilin ilk 10 ayına nisbətən bu il ticarət əməliyyatlarının ümumi həcmi 41,4% artıb. Ümumilikdə, hesabat dövründə ölkənin ümumi xarici ticarət dövriyyəsinin 85,74%-i uzaq xarici ölkələrlə aparılan ticarət əməliyyatlarının payına düşüb.

Bu müddət ərzində ölkədən uzaq xarici ölkələrə ixrac 15 756,806 mln. dollar, idxal 3 537,943 mln. dollar təşkil edib. Keçən ilin ilk 10 ayına nisbətən bu ölkələrə ixracın həcmi 53,92%, idxal isə 3,77% artıb.

Uzaq xarici ölkələrə ixracın əsas hissəsini – 98,00%-ni mineral yanacaq, neft və onların emal məhsulları bitumlu minerallar təşkil edib. İcrac əməliyyatlarının 0,41%-i təbii və süni yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, qiymətli metala tutulmuş adi metallar və onlardan olan məmulatlar, bijuteriya, sikkələr, 0,39%-i qara metallar, 0,27%-i polimer materiallar və onlardan hazırlanan məmulatlar, 0,14%-i şəkər və şəkərdən hazırlanan qənnadı məmulatının payına düşüb.

Bu müddətdə uzaq xarici ölkələrdən Azərbaycana idxalın 24,40%-ni avadanlıqlar və mexaniki qurğular, 9,69%-ni quru nəqliyyat vasitələri, 8,86%-ni elektrik maşınları və avadanlıqları, onların hissələri, 8,23%-ni qara metallardan hazırlanan məmulatlar, 3,98%-ni isə şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR