Bank Of Baku

Bakıda əmanətlərin sığortalanmasına dair beynəlxalq seminar keçirilir

Bakıda əmanətlərin sığortalanmasına dair beynəlxalq seminar keçirilir
# 29 noyabr 2010 09:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Depozit Sığortaçıları Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin təşkilatçılığı ilə «Maliyyə sistemlərinin sabitləşməsində depozitlərin zəmanət sistemlərinin rolu» adlı ikigünlük seminarı işə başlayıb. «APA-Economics»in məlumatına görə, Azərbaycan, Rusiya, Qazaxıstan və Ukrayna Əmanətlərin Sığortalanması fondlarının iştirakı ilə keçirilən seminarın əsas mövzularından biri kimi həmin fondların böhran zamanı və böhrandan sonrakı dövrdə fəaliyyəti məsələsini qeyd etmək olar.

Seminarda çıxış edən Ukrayna Fiziki şəxslərin əmanətlərinin Zəmanət Fondunun direktoru Vasili Paseçnik məruzəsində Fondun fəaliyyəti və Ukraynanın depozit bazarında cari vəziyyət barədə məlumat verib, problemli bankların sağlamlaşması, ləğvi və kreditorlarla münasibətdə rolu kimi mövzular üzrə danışıb.

Bu mövzunu daha da geniş Rusiya Əmanətlərin sığortalanması üzrə Agentliyin Əmanətlərin sığortalanmasının təşkili Departamentinin direktoru Aleksey Abramov işıqlandırıb. Belə ki, A.Abramovun sözlərinə görə, əvvəllər Rusiyada Agentlik yalnız sığortaçı və ləğvedici kimi çıxış edib, lakin böhran zamanı qanunvericilik yolu ilə Agentliyin səlahiyyətləri genişləndirilib ki, nəticədə qurum həmçinin problemli bankların aktivləri və öhdəliklərin digər banklara satılması məsələləri ilə də məşğul ola bilir. Vacib məqam ondan ibarətdir ki, həmin proses bankın lisenziyasının geri çağırılmasından əvvəl həyata keçirilir, çünki yalnız bu halda onun maddi və digər aktivlərini satmaq mümkündür. Aydındır ki, bankın lisenziyasının geri çağırılmasından sonra onun aktivləri, xüsusən də filial şəbəkəsi, brend və bu kimi qeyri-maddi aktivlərinin qiyməti kəskin aşağı düşür. Agentlik tərəfindən bu prosesin təşkili nəticəsində, A.Abramovun sözlərinə görə, satılan aktivlərə hazırda çox böyük tələbat müşahidə olunur.

Bundan başqa, seminarda Qazaxıstan Depozitlərin Zəmanəti Fondunun sədr müavini Saule Şenol çıxış edib və çıxışında Fond barədə və ölkənin depozit bazarı haqqında məlumat verib.

Tədbirdə həmçinin Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov çıxış edib və Azərbaycanın makroiqtisadi, maliyyə göstəriciləri barədə danışıb və rəhbərlik etdiyi qurumun cari fəaliyyəti haqqında məlumat verib. A.Cavadov çıxışında əsas diqqəti böhrandan əvvəl və böhran zamanı Mərkəzi Bank tərəfindən görülən tədbirlərə yönəldib. O cümlədən, uçot dərəcəsi və ehtiyat normaları üzrə dərəcələrin azaldılması, sığortalanan əmanətlər üzrə maksimal məbləğin artırılması, bank sisteminə əlavə likvidliyin verilməsi məsələlərinə toxunulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR