Bank Of Baku

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması üzrə maksimal faiz dərəcəsini artıra bilər

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması üzrə maksimal faiz dərəcəsini artıra bilər
# 29 noyabr 2010 09:49 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ƏSF-nin icraçı direktoru Azad Cavadov bildirib.

A.Cavadovun sözlərinə görə, ümumiyyətlə «maksimal faiz dərəcəsi» anlayışı dünyada yalnız iki ölkədə tətbiq olunur ki, bunun da biri Azərbaycandır: «Bunun da tətbiq olunmasının səbəbi bankların yüksək faiz risklərinə getməməsi ilə bağlıdır. Faiz dərəcəsinə yenidən baxılıb-baxılmaması bazardakı vəiyyətdən asılı olacaq».

A.Cavadov bildirib ki, bu ilin II rübünün yekun məlumatlarına görə, üzv bankların cəlb etdiyi əmanətlərin əsas hissəsi - 80%-dən çoxu illik 12%-dən aşağı şərtlərlə cəlb olunub. «Fond tərəfindən daim bazar araşdırmaları aparılır. Bazarda cəlb edilən əmanətlər üzrə faizlərin aşağı düşməsi tendensiyası davam edərsə bu məsələyə baxılmaya bilər. Əks halda, yəni artan dinamika olarsa fond maksimal faiz dərəcəsinə yenidən baxa bilər», - deyə A.Cavadov bildirib.

Xatırladaq ki, ƏSF 2007-ci ilin avqust ayından fəaliyyət göstərir. Fondun kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Bu il iyun ayının 1-dən üzv banklarda illik 12%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Bu ilin III rübünün yekunlarına görə, fiziki şəxslərin üzv banklarda cəmi əmanətləri 2,707 mlrd. manat təşkil edib və bunun 1,777 mlrd. manatı qorunan əmanətlərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR