Bank Of Baku

Azərbaycan Sənaye Bankı daha iki rabitə operatorunun xidmətlərinə görə ödənişlərin qəbuluna başlayıb

Azərbaycan Sənaye Bankı daha iki rabitə operatorunun xidmətlərinə görə ödənişlərin qəbuluna başlayıb
# 29 noyabr 2010 10:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sənaye Bankı (ASB) və «Silverkey Azərbaycan» şirkəti ilə yaradılan əməkdaşlıq nəticəsində bankın bütün filiallarında stasionar telefon sahəsində «Catel», mobil operator sahəsində isə «FONEX» üzrə ödənişlərin qəbuluna başlanılıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda bankın filiallarında «Azercell», «Bakcell», «Azerfon-Vodafone», «Nar Mobile», «Aztelekom», BTRİB, «Bakinternet», «Azdatakom», «Azəriqaz», «Azərsu», «Bakıelektikşəbəkə»nin xidmətləri üzrə ödənişlər qəbul olunur.
Xatırladaq ki, xidmət ödənişlərini filiallardan başqa, ASB-nin internet saytından (www.asb.az) on-line ödəmək də mümkündür.
ASB 1996-cı ildə «CI Bank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin noyabr ayının 1-nə bankın aktivlərinin həcmi 114,544 mln. manat, depozit portfeli 79,063 mln. manat, kredit portfeli 70,913 mln. manat, məcmu kapitalı 26,056 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,114 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 8 filialı, 28 bankomatı və 283 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR