Bank Of Baku

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu gələn il IADI-nin daha bir komitəsinə üzv olacaq

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu gələn il IADI-nin daha bir komitəsinə üzv olacaq
# 29 noyabr 2010 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 2011-ci ilin fevral ayında Depozit Sığortaçıları üzrə Beynəlxalq Assosiasiyanın (IADI) Asiya Regional Komitəsinə üzv olacaq. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ƏSF-nin icraçı direktoru Azad Cavadov bildirib.

A.Cavadovun sözlərinə görə, Depozit Sığortaçıları üzrə Beynəlxalq Assosiasiyasının 6 alt komitəsi fəaliyyət göstərir ki, Azərbaycan bu komitələrin ikisinə (Avropa Sığortaçılar İttifaqı və Avrasiya Regional Komitəsi) artıq üzv olub. «ƏSF daha bir alt komitəyə - Asiya Regional Komitəsinə üzv olmaq niyyətindədir. Növbəti ilin yanvar ayında Asiya Regional Komitəsinin növbəti iclası keçiriləcək və həmin iclasda Azərbaycanın bu komitəyə üzvlüyü məsələsi müzakirə ediləcək. Lakin üzvlük məsələsinin təsdiq edilməsi komitənin fevral iclasında açıqlanacaq», - deyə A.Cavadov bildirib.

Qeyd edək ki, Depozit Sığortaçıları üzrə Beynəlxalq Assosiasiyasının bu alt komitələrinin əsas məqsədi regionlarda yerləşən fondlar arasında təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

ƏSF 2007-ci ilin avqust ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR