Bank Of Baku

Bakıda MDB-nin Beynəlxalq Birjalar Assosiasiyasının toplantısı keçirilib

Bakıda MDB-nin Beynəlxalq Birjalar Assosiasiyasının toplantısı keçirilib
# 29 noyabr 2010 11:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakıda keçirilən MDB-nin Beynəlxalq Birjalar Assosiasiyasına üzv təşkilatların informasiya və marketinq xidmətlərinin nümayəndələrinin V görüşü keçirilib. Bakı Banklararası Valyuta Birjasından «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan, Rusiya, Ukrayna, Belarus və Qazaxıstanın valyuta, fond və əmtəə birjalarının nümayəndələri informasiya və analitik məhsulların satışının artırılması üzrə stimullaşdırıcı tədbirləri müzakirə ediblər.

Görüş iştirakçıları birja kotirovka məlumatlarının on-line rejimdə yayılması sahəsində təcrübə mübadiləsi aparıb və bu prosesdə nüfuzlu beynəlxalq KİV ilə əməkdaşlığın imkanlarını qiymətləndiriblər.

Xatırladaq ki, MDB-nin Beynəlxalq Birjalar Assosiasiyası 2000-ci ilin aprelin 20-də Azərbaycan, Ukrayna, Rusiya, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan 18 birjanın iştirakı ilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR