Bank Of Baku

Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətləri genişləndirilə bilər

Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətləri genişləndirilə bilər
# 29 noyabr 2010 13:16 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında fondun icraçı direktoru Azad Cavadov bildirib.

A.Cavadovun sözlərinə görə, 2007-ci ildə fond yaradılarkən sadə formada fəaliyyətə başlayıb və hazırda bu təcrübə digər ölkələrdə də tətbiq olunur: «Fondlar daha sonra «Orta genişləndirilmiş» və sonra «Tam mandatlı» səlahiyyətinə malik olur».

A.Cavadov bildirib ki, ƏSF-nin tam mandatlılıq statusuna malik olması üçün fond tərəfindən «Əmanətlərin sığortalanması haqqında» qanuna dəyişikliklərin ejidməsi istiqamətində təkliflər hazırlanacaq: «Hazırda isə Azərbaycan xarici ölkələrdə fondlara verilən səlahiyyətlə bağlı Rusiya, Qazaxıstan və Ukrayna təcrübəsini öyrənir».

Qeyd edək ki, əmanətlərin sığortalanması üzrə üç fond növü mövcuddur. Sadə formada yaradılan fondlar (Paybox) yalnız ödənişlərlə məşğuldur. Burada ƏSF-ni misal gətirmək olar.

İkinci növə «Orta genişləndirilmiş mandatla» olan fondlar aiddir ki, burada bankların vəziyyəti pisləşdiyi və yaxud daha çox risklərə məruz qaldığı halda fondlar onların menecmentinə daxil olur və həmin banklarda restrukturizasiya və ya sağlamlaşdırma proqramları həyata keçiridir. Banklarda bu tədbirlər həyata keçirildikdən sonra fond bankı sata bilər, əks halda dərin riskə məruz qaldığı halda bankın lisenziyasını ləğv edə (məhkəmənin qərarı ilə) bilər.

«Tam mandatlı» olan fondlarda isə təkcə bankların idarə edilməsi və ya ləğv edilməsi funksiyaları deyil, hətta banklarda yoxlamaların aparılması, nəzarətin tam fond tərəfindən həyata keçirilməsi səlahiyyətləri mövcuddur. Eyni zamanda həmin fondlar fiziki şəxslərin əmanətləri ilə yanaşı, hüquqi şəxslərin, o cümlədən müəssisələrin və şirkətlərin də əmanətlərini qoruyur. Bütünlükdə, maliyyə institutlarından başqa fond passivlərdə öhdəliklərdən başqa qalan əmanətləri qoruyur.

Xatırladaq ki, ƏSF 2007-ci ilin avqust ayından fəaliyyət göstərir. Fondun kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Bu ilin iyun ayının 1-dən üzv banklarda illik 12%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Bu ilin III rübündə 43 üzv bankdan toplanan təqvim haqlarının həcmi 940 min manat, 1,353 mln. ABŞ dolları və 180 min avro təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR