Bank Of Baku

«General Motors»un IPO-su dünyada ən iri həcmli olub

«General Motors»un IPO-su dünyada ən iri həcmli olub
# 29 noyabr 2010 14:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. ABŞ-ın “General Motors” Konsernini tərəfindən IPO (Initial Public Offering - İlkin Kütləvi Yerləşdirmə) vasitəsilə cəlb edilmiş vəsaitin dünyada rekord həddə çatıb.

«APA-Economics»in məlumatına görə, avtomobil konserni IPO vasitəsilə 23,1 mlrd. ABŞ dolları cəlb edib. Anderrayterlər əlavə 71,7 mln. adi səhmin əldə edilməsi üçün yenidən paylaşdırma opsionundan istifadə edib.

Qeyd edək ki, indiyədək dünyada ən iri həcmli IPO Çində keçirilib. Belə ki, bu ilin yayında «Agricultural Bank of China» IPO vasitəsilə 22,1 mlrd. dollar cəlb edə bilib.

Xatırladaq ki, «General Motors» IPO-ya konsernin dövlətə məxsus səhmlərinin bir hissəsini realizə etmək üçün bu ilin noyabrın 17-də başlayıb. Cəlb edilmiş vəsait ABŞ hökumətinə maliyyə sektoruna yardım dövlət proqramı (TARP) çərçivəsində avtoqiqanta ayırdığı vəsaiti qaytarmağa imkan verəcək. Ötən həftənin sonunda ABŞ-ın Maliyyə Nazirliyinin məlumatına əsasən, «General Motors»un səhmlərinin hesabına xəzinəyə artıq 12 mlrd. dollardan çox vəsait daxil olub. ABŞ hökuməti avtokonsernə 30 mlrd. dollar məbləğində yardım göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR