Bank Of Baku

Azərbaycanın MDB ölkələri ilə ticarətində müsbət saldo yaranıb

Azərbaycanın MDB ölkələri ilə ticarətində müsbət saldo yaranıb
# 29 noyabr 2010 14:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın MDB ölkələri ilə xarici ticarət əməliyyatları üzrə müsbət saldo 10,129 mln. ABŞ dolları təşkil edib. Ötən ilin analoji dövrünə nisbətən MDB ölkələri ilə ticarətdə 222,8 mln. dollarlıq mənfi saldo tamamilə aradan qalxıb, əksinə 10 mln. dollardan artıq müsbət saldo yaranıb.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan MDB ölkələrilə 3 207,731 mln. dollar həcmində ticarət əməliyyatı aparıb. Ötən ilin ilk 10 ayına nisbətən bu il MDB ölkələrilə ticarət əməliyyatlarının ümumi həcmi 11,7% artıb. Ümumilikdə, hesabat dövründə ölkənin ümumi xarici ticarət dövriyyəsinin yalnız 14,25%-i MDB ölkələrilə aparılan əməliyyatların payına düşüb.

Bu müddət ərzində ölkədən MDB dövlətlərinə ixrac 1 608,930 mln. dollar, idxal 1 598,801 mln. dollar təşkil edib. Keçən ilin ilk 10 ayına nisbətən MDB ölkələrinə ixracın həcmi 21,47%, idxal isə 3,33% artıb.

İlk 10 ayda MDB ölkələrinə ixracın əsas hissəsini – 58,38%-ni mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar, 10,87%-ni gəmilər, qayıqlar və digər üzən vasitələr, 8,71%-ni heyvan və ya bitki mənşəli piylər və yağlar, 6,08%-ni şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı, 2,67%-ni tərəvəz təşkil edib.

Bu müddətdə MDB ölkələrindən Azərbaycana idxalın 15,26%-i dənli bitkilər, 10,42%-i avadanlıqlar və mexaniki qurğular, 9,93%-i qara metallardan məmulatlar, 9,50%-i quru nəqliyyat vasitələri, 7,22%-i isə qara metalların payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR