Bank Of Baku

ABŞ hökuməti federal qulluqçuların əmək haqlarını iki il müddətinə dondurmağı planlaşdırır

ABŞ hökuməti federal qulluqçuların əmək haqlarını iki il müddətinə dondurmağı planlaşdırır
# 30 noyabr 2010 09:45 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ hökuməti gələn il 2 mlrd. dollara, qarşıdakı 5 il ərzində isə 28 mlrd. dollara qənaət etmək məqsədilə federal qulluqçuların maaşlarını iki il müddətinə dondurmağı planlaşdırır.

APA-Economics”in CNN-ə istinadən xəbərinə görə, ABŞ prezidenti Barak Obama sözügedən tədbirin bütün qulluqçulara, o cümlədən Müdafiə Nazirliyinin mülki işçilərinə də şamil olunacağını bəyan edib.

Onun sözlərinə görə, bu addım ölkə iqtisadiyyatının bərpasını sürətləndirəcək: “Biz bərpa prosesini ləngidən heç bir hərəkətə yol verməməliyik”. Bununla belə, Ağ Evin başçısı dondurulmanın bonuslara aid edilməyəcəyini bildirib.

Qeyd edək ki, ABŞ 2009-cu ili rekord həcmdə - 1,42 trln. dollar kəsirlə başa vurub. 2010-cu ilin büdcəsində 1,29 trln. dollar kəsir nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR