Bank Of Baku

Türkmənistan Azərbaycanın mühasibat uçotu sahəsindəki təcrübəsini öyrənir

Türkmənistan Azərbaycanın mühasibat uçotu sahəsindəki təcrübəsini öyrənir
# 30 noyabr 2010 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Türkmənistan Maliyyə Nazirliyinin idarə rəisi Babacan Çarıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində tərəflər arasında Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, həmçinin Milli Mühasibat Uçotu Standartlarına keçidlə bağlı təcrübə mübadiləsi aparılıb.
Türkmənistan nümayəndə heyəti bildirib ki, MDB ölkələri arasında mühasibat uçotu sahəsində Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidlə bağlı Azərbaycanın əldə etdiyi nailiyyətlər daha uğurlu hesab olunduğundan təcrübə mübadiləsi məqsədilə məhz Bakı seçilib. Qonaqlar qeyd edib ki, bu səbəbdən hazırda Azərbaycanın «Mühasibat uçotu haqqında» qanunu əsasında Türkmənistanın eyni adlı qanun layihəsi hazırlanıb və təsdiq olunmaq üçün Türkmənistan Milli Məclisinə təqdim edilib.
Öz növbəsində Azərbaycan nümayəndələri «Mühasibat uçotu haqqında» qanunun icrasını təmin edən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, həmçinin Milli Mühasibat Uçotu Standartlarına keçidlə bağlı qəbul edilmiş qanunvericilik aktları ilə qonaqları tanış edib və Türmənistanda mühasibat uçotu sahəsində qanunvericilik bazasının yaradılması üçün müvafiq materiallarla təmin edib.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına keçid prosesi uzunmüddətli və mərhələli olduğundan, Azərbaycan tərəfindən gələcəkdə bu sahədə Türkmənistanla əməkdaşlığın davam etdirilməsi və onlara bütün lazımi köməklik göstəriləcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR