Bank Of Baku

AGBI indeksi 1,0266, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0414 təşkil edib

AGBI indeksi 1,0266, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0414 təşkil edib
# 01 dekabr 2010 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0265 bənd və ya 2,7% artaraq dekabr ayının 1-nə 1,0266 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0413 və ya 4,1% artaraq 1,0414-ə bərabər olub.

AGBI indeksinin artması noyabrın 30-da 3 mln. manat həcmində bir dövlət istiqrazları buraxılışının dövriyyədən çıxarılması, 4 buraxılış üzrə isə ümumilikdə 12,5 mln. manat həcmində əlavə yerləşdirmə nəticəsində bazar kapitallaşmasının artması səbəbindən baş verib.

AMFBI indeksinin artmasına isə noyabrın 30-da daha 5 mln. manatlıq ipoteka istiqrazları tranşının yerləşdirməsi səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR