Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının rəhbəri: “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin böyük perspektivləri var”

Azərbaycan Mərkəzi Bankının rəhbəri: “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin böyük perspektivləri var”
# 01 dekabr 2010 08:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin böyük perspektivləri var. Bu layihə ölkənin maliyyə sektorunun perimetrini əhatə edəcək, dərinliyi artıracaq.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, 5 il icra olunan və artıq başa çatan layihə xüsusilə ölkənin regionlarında maliyyə xidmətlərinə çıxış imkanlarını artıracaq: “Layihə kənd yerlərində elektron kommersiyanın tətbiqi, təhsil sistemində İKT-nin tətbiqi, sürətli internet və digər uzaqgedən nəticələrə gətirib çıxaracaq. Həmçinin layihə maliyyə sektorunda rəqabəti gücləndirəcək, resursları iqtisadi dövriyyəyə cəlb etməyə, “Azərpoçt”un depozit qəbuluna və mikrokreditlərin verilməsinə imkan yaradacaq”.

Qeyd edək ki, Azərbaycanla Dünya Bankı arasında 2005-ci ildə imzalanmış “İnkişaf krediti haqqında” sazişə uyğun olaraq “Azərpoçt” MMC-nin poçt şəbəkəsində “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin icrası başa çatıb. Ümumi dəyəri 17,75 mln. dollar olan layihənin 12,25 mln. dollarını Dünya Bankı, 5,5 mln. dollarını Azərbaycan hökuməti maliyyələşdirib. Layihə çərçivəsində 2010-cu ilin aprel ayında “Azərpoçt” bank xidmətləri göstərməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR