Bank Of Baku

Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi kəskin artıb

Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi kəskin artıb
# 01 dekabr 2010 09:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində 2010-cu il noyabr ayında keçirilən 38 ticarət sessiyasında 67 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 16 bank iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatların həcmi 140,792 mln. manat və ya dollar ekvivalentində 176,140 mln. dollar təşkil edib. Bu isə oktyabr ayı ilə müqayisədə 93,976 mln. manat və ya 3 dəfə çoxdur.

Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 4,635 mln. dollara çatıb, hər əqdin orta məbləği 2,629 mln. dollar təşkil edib.

Noyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşib. Hərracların ümumi həcmində ən yüksək paya Azərbaycan Beynəlxalq Bankı (36,28%), «Azərbaycan Sənaye Bankı» (18,38%), «YapıKredi Bank Azerbaijan» (5,88%), «Unibank» (3,46%) və «Paşa Bank» (3,09%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR