Bank Of Baku

«Expressbank» nizamnamə kapitalını 24% artırıb

«Expressbank» nizamnamə kapitalını 24% artırıb
# 01 dekabr 2010 10:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC-nin əlavə səhm emissiyasının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi prosesi başa çatıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni emissiyadan olan səhmlərin hər birinin nominal dəyəri 208 manat, sayı 48 077 ədəd, emissiyanın ümumi həcmi isə 10 000 016 manat təşkil edib. Bununla da bankın nizamnamə kapitalı 24,4% artaraq 51 000 352 manata çatıb. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Unicapital» ASC çıxış edib.

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə faliyyət göstərib. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Bu ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 202,352 mln. manat, depozit portfeli 154,920 mln. manat, kredit portfeli 2 39,542 mln. manat, məcmu kapitalı 45,556 mln. manat, o cümlədən nizamnamə kapitalı 41,0 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR